Boks yarışlarının səkkizinci gününün ilk yarısına irlandiyalı Din Volş ilə almaniyalı Kastriot Sopanın qarşılaşması ilə yekun vurulub.
Yarımfinal uğrunda döyüşlərdə 51-54 və 60-64 kiloqram çəki dərəcələrində qadın, 52, 60 və 64 kiloqramlarda isə kişi boksçular iştirak ediblər.
Bu gün Azərbaycan boksçularından ikisi artıq yarımfinala yüksəlib. Əvvəlcə, yarışlarda 51-54 kiloqram çəki dərəcəsində çıxış edən Anna Əlimərdanova bolqarıstanlı dünya çempionu Stanimira Petrovanı mübarizədən kənarlaşdırıb. Görüş 3:0 hesabı ilə boksçumuzun xeyrinə nəticələnib.
Daha sonra rinqə Albert Səlimov (60kq) çıxıb. Təmsilçimiz bu dəfə bolqarıstanlı Elian Dimitrova heç bir şans verməyib - 3:0.
Səhər seansında qadınların mübarizəsində Rusiya, İtaliya və Polşa, kişilərin yarışında isə Slovakiya, İtaliya (2 idmançı), İrlandiya və Almaniya boksçuları yarımfinala vəsiqə qazanıblar.
14:25
Azərbaycan boksçusu Albert Səlimov (60) qızıla doğru daha bir addım atıb. Bu dəfə bolqarıstanlı Elian Dimitrov idmançımız qarşısında aciz qalıb. Görüşdən 3:0 hesablı qələbə ilə ayrılan təmsilçimiz yarımfinala yüksəlib.
13:13
Qadın boksçumuz Anna Əlimərdanova ilk Avropa Oyunlarında yarışların yarımfinalına vəsiqə qazanıb. SİA-nın xəbərinə görə, bu gün təmsilçilərimizdən rinqə ilk olaraq qadın boksçuların yarımyüngül (51-54 kq) çəki dərəcəsində çıxış edən Anna Əlimərdanova çıxıb. O, 1/4 finalda Bolqarıstan idmançısı Stanimira Petrova ilə qarşılaşıb.
Birinci raundda rəqibindən nisbətən fəal olan boksçumuz raundu cüzi üstünlüklə öz xeyrinə başa vura bilib. İkinci raundda da senari dəyişməyib və yenə də təmsilçimiz rəqibini az fərqlə üztələyib. Üçüncü raundda isə senari dəyişib və bu dəfə bolqar boksçu cüzi üstünlüklə raundu öz xeyrinə başa başa vurub. Döyüşün taleyi sonuncu, 4-cü raundda həll olunub. Hakimlərin rəyinə görə, sonda daha üstün olan Yana Vıstropova qələbə qazanaraq yarışların yarımfinalına vəsiqə əldə edib.
10:31
"Bakı-2015" I Avropa Oyunlarında boks yarışlarının 1/4 final mərhələsi davam edir. SİA-nın xəbərinə görə, bu gün daha 8 çəki dərəcəsində yarımfinalçılar müəyyənləşəcək. Azərbaycanın 6 idmançısı müxtəlif çəkidə 1/4 final görüşünə çıxacaq. Kişilər arasında 60 kq çəki dərəcəsində Azərbaycan təmsilçisi Albert Səlimov bolqarıstanlı Dmitri Elianla döyüşəcək.
64 kq çəkidə ölkəmizi təmsil edən Lorenzo Sotomayorun yarımfinal yolunda rəqibi Daniel Nikulesku (Rumıniya) olacaq.
69 kq çəki dərəcəsində Pərviz Bağırov Almaniya təmsilçisi Abass Barau ilə üz-üzə gələcək.
91 kq çəkidə mübarizə aparan Abdulqadir Abdullayev isə fransız Pol Bionqolo Ombanla qarşılaşacaq.
Qadınlar arasında 54 kq çəki dərəcəsində yığmamızın üzvü Anna Əlimərdanova bolqarıstanlı dünya çempionu Stanimira Petrova ilə döyüşəcək.
64 kq çəki dərəcəsində isə Azərbaycan təmsilçisi Yelena Vıstropova Almaniyadan olan boksçu Rayan Sandi ilə döyüşəcək.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB