Çexiyalı üzgüçü: "Azərbaycan çox xoşuma gəldi" AÇIQLAMA

Çexiyalı üzgüçü: "Azərbaycan çox xoşuma gəldi" AÇIQLAMA

"Bir il bundan əvvəl ciddi xəsarət alaraq, xəstəxanada yatmışam. Qoluma dəmir yerləşdirilib. Ona görə çox yaxşı hazırlaşa bilməmişəm. Bu səbəbdən də ilk Avropa Oyunlarında göstəricim zəif oldu". Bu sözləri SİA-ya açıqlamasında "Bakı-2015" ilk Avropa Oyunlarında mübarizə aparan çexiyalı üzgüçü Mixaela Trnkova deyib. O, Azərbaycana gəldiyinə görə məmnun olduğunu bildirib: "Azərbaycana gəlməmişdən öncə dostum bura haqqında mənə məlumat vermişdi. Gəlib özüm gördüm və ölkəniz çox xoşuma gəldi. Atletlər kəndində idmançılar üçün çox yaxşı şərait yaradılıb. İlk Avropa Oyunları çox yüksək səviyyədə təşkil olunub. Üzgüçülük hovuzu isə əladır.

Məşqçilərimiz çox ciddi olduğundan, hələlik Bakını çox gəzə bilməmişik. Amma mütləq bu gözəl şəhəri gəzməyi düşünürəm".

Bütün xəbərlər Facebook səhifəmizdə