Joan Kusko: “Avropa Oyunlarına qatılmağımız bizim üçün ən yaxşı xəbər olub” AÇIQLAMA

Joan Kusko: “Avropa Oyunlarına qatılmağımız bizim üçün ən yaxşı xəbər olub” AÇIQLAMA

"Azərbaycan Çimərlik Futbolu Federasiyasına təşkil etdikləri gözəl şəraitə görə təşəkkür edirəm". SİA-nın məlumatına görə, bu sözləri Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının üzvü, Dünya Çimərlik Futbolu Federasiyasının vitse – prezidenti Joan Kusko bu gün Avropa Oyunları ilə əlaqədar keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycana çimərlik futbolu üzrə ən yaxşı komandalar gəlib: "Yarışlar üçün bütün biletlər satılıb. Avropa Oyunlarında Azərbaycan və İsveçrə heyətini görəndə xüsusi hisslər keçirdim. Çünki, çimərlik futbolu bu ölkələrdə yenidir. Yarışlar üçün ən yaxşı idmançılarımızı və heyətlərimizi Azərbaycana gətirdik. Mən əmin edirəm ki, gözəl idman yarışlarının iştirakçısı olacaqsınız. Yarışlar üçün təqdim edilən biletlərin hamısı satılıb. Çimərlik futbolunda bu günə qədər gördüyüm ən gözəl məkan Azərbaycandadır".

Joan Kusko onu da vurğulayıb ki, Avropa Oyunlarına qatılmaq onlar üçün ən böyük şansdır. Azərbaycanda çimərlik futbolu üçün bütün şərait yaradılıb, tamaşaçılar gözəl idmanın şahidi olacaqlar: "Avropa Oyunlarına qatılmaq, bizim üçün ən yaxşı xəbər olub. Azərbaycana dəvət olunan heyətlər bu baxımdan ən yaxşı komandalardır. Stadionun qumu çox münbitdir. İdmançıların topla rahat hərəkəti üçün bütün şərait maksimum səviyyədə təmin edilib. İdmançılar üçün infrastruktur çox yaxşıdır. Bu oyunlardan sonra çimərlik futbolu idman növünün Bakıda mirası qalmış olacaq. Gələcəkdə stadionun özü yarış məkanına çevrilə bilər. Yeni azərkeşlər, yeni heyət qazanmaq üçün çalışacağıq. Sabah artıq bu idman növündə yarışlar start götürəcək. Hamıya gözəl yarışlar arzu edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə