Anton Jeltyakov: "Yarımfinalda bundan da yaxşı nəticə göstərəcəyəm" AÇIQLAMA

Anton Jeltyakov: "Yarımfinalda bundan da yaxşı nəticə göstərəcəyəm" AÇIQLAMA

"Yeddinci nəticə ilə yarımfinala yüksəldim. Çox olmasa da nəticəmi yaxşılaşdırmışam". Bu sözləri SİA-ya açıqlamasında ilk Avropa Oyunlarının qurbağa üsulu ilə üzgüçülük yarışlarında mübarizə aparan Azərbaycan təmsilçisi Anton Jeltyakov deyib.

O, yarımfinalda daha yaxşı nəticə göstərəcəyinə ümid etdiyini qeyd edib: "Axşam yarımfinalda bundan da yaxşı nəticə göstərəcəyəm. Çünki axşamlar daha yaxşı üzmək olur. İdmançılar səhərlər yaxşı tonusda olmurlar. Yarımfinalda isə ən güclü rəqibim rusiyalı Anton Çupkov olacaq. 2:17 və ya 2:16.5 nəticə qazanacağımı düşünürəm".

Bütün xəbərlər Facebook səhifəmizdə