Baş direktor: “I Avropa Oyunlarının bağlanış mərasimi açılışdan tam fərqli olacaq” AÇIQLAMA

Baş direktor: “I Avropa Oyunlarının bağlanış mərasimi açılışdan tam fərqli olacaq” AÇIQLAMA

"Ənənəvi olaraq bağlanış mərasimləri açılışdan fərqli olur. Sözsüz ki, I Avropa Oyunlarının bağlanış mərasimi tam fərqli olacaq". Bu sözləri bu gün Avropa Oyunları ilə əlaqədar keçirilən mətbuat konfransı zamanı Bakı-2015 Avropa Oyunlarının Əməliyyatlar Komitəsinin baş direktoru Saymon Kleq deyib.

O qeyd edib ki, Avropa Oyunlarının bağlanış mərasimi tam fərqli olacaq. Detallar haqqında məlumat verilməsə də, karnavala bənzər bağlanış mərasimi keçiriləcək: "50 ölkənin iştirak etdiyi yarışın təntənəli şəkildə bağlanışı keçiriləcək. Həmçinin, bulvarda bağlanışı seyr edənlərə böyük təəssürat hissləri aşılanacaq, atəşfəşanlıq olacaq. Açılış mərasimi ilə müqayisə edərək detalları açıqlaya bilmərəm. Lakin bağlanış mərasimi açılışdan tam fərqli olacaq, buna şübhəm yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə