Saymon Kleq: “1600-ə yaxın idmançı dünən Azərbaycanı tərk edib” AÇIQLAMA
"Artıq 7 idman növündə yarışlar başa çatıb. Atletika, sambo, oxatma və qaçış üzrə finallar keçirilib". Bu sözləri Bakı-2015 Avropa Oyunlarının Əməliyyatlar Komitəsinin baş direktoru Saymon Kleq bu gün Avropa Oyunları ilə bağlı keçirilən mətbuat konfransı zamanı yarışların 11-ci günü ilə əlaqədar statistikanı səsləndirərkən deyib.
O qeyd edib ki, dünən keçirilən yarışlarda 7 müxtəlif məkanda 19 mindən çox tamaşaçı olub, ölkəni 1600-ə yaxın idmançı tərk edib. Bu gün isə bəzi idman yarışlarına yekun vurulacaq: "Oxatma yarışında 485,5 balla Slovakiya qalib olub. 19 mindən çox tamaşaçı gimnastikanın müxtəlif növündə 7 müxtəlif məkanda iştirak edib. Yerlərin tutulması üzrə orta iştirakçı sayı 82 faiz olub. 1600-ə yaxın idmançı dünən Azərbaycanı tərk edib. Bu göstərici bu günə qədər ən yüksək göstəricidir. 3 idman növündə final yarışları keçirilib. 3x3 basketbolu, qılıncoynatma, voleybolda qızıl medallar təqdim ediləcək. Bu yarışlar Kristal Zalda baş tutacaq. Tofiq Bəhramov Stadionunda atıcılıq yarışları başa çatdırılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB