Badmintonçumuzun qələbəsi YENİLƏNİB

Badmintonçumuzun qələbəsi YENİLƏNİB

I Avropa Oyunları çərçivəsində Azərbaycanı fərdi yarışlarda təmsil edən badmintonçu Kənan Rzayev Malta idmançısı Samuel Kaliyə qalib gəlib. SİA-nın xəbərinə görə, K.Rzayev hər iki oyunda qələbə qazanıb - 21:16 və 21:12.

09:46

"Bakı 2015" I Avropa Oyunlarında badminton yarışları davam edir. Bu gün Azərbaycan kişilər arasında tək və cütlərdən ibarət yarışında təmsil olunacaq. Saat 09:40-da Kənan Rzayev maltalı Samuel kali ilə görüşəcək. Cütlüyün yarışı isə axşam saat 20:00-da baş tutacaq. K.Rzayev və Orxan Qələndərovdan ibarət cütlüyün rəqibi isə fransalı Bastian Kersaudi və Qaetan Mittelheisser olacaq.

Qeyd edək ki, badminton yarışına iyunun 28-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə