Qılıncoynatma yarışlarına start verildi

Qılıncoynatma yarışlarına start verildi

"Bakı-2015" I Avropa Oyunlarında qılıncoynatma yarışlarına start verilib. SİA-nın xəbərinə görə, ilk yarış günündə Azərbaycanın 8 qılıncoynadanı iştirak edəcək.

Qadınlar arasında şpaqa növü üzrə fərdi yarışda Elmira Xudaverdiyeva A qrupu, Samirə Hüseynova B qrupu, Məryəm Məlikova C qrupu, Nübar Məlikova isə E qrupunda mübarizə aparır. Məryəm Məlikova ilk görüşünü məğlubiyyətlə başa vurub. C qrupunda gedən mübarizədə o, ukraynalı Yana Şemyakina 3:5 hesabı ilə uduzub.

Kişilər arasında sablya üzrə fərdi yarışda Azər Tağıyev A qrupunda, Abdulla Həsənov D qrupunda, Cavanşir Səfərov E qrupunda, Cavanşir Ağakişiyev isə F qrupunda yarışır.

Qeyd edək ki, qılıncoynatma yarışı iyunun 27-dək davam edəcək. Ümumilikdə qaliblər üçün 12 medal dəsti nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə