"Bakı-2015" ilk Avropa Oyunlarının sambo yarışlarında 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Avropa çempionu Vasif Səfərbəyov gümüş medal qazanıb. SİA-nın məlumatına görə, idmançımız finalda Rusiya samboçusu, Avropa və üçqat dünya çempionu, dünya kuboku yarışlarının üçqat qalibi Artyom Osipenko ilə qarşılaşıb və məğlub olub.
Qeyd edək ki, V. Səfərbəyov finaladək Makedoniya samboçusu Bayro Maşoviçi və Ukraynanı təmsil edən erməni əsilli Razmik Tonoyanı məğlub edib.
Bununla da sambo üzrə milli komandamız ilk Avropa Oyunlarını 4 gümüş medalla baş vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB