Heydər Əliyev adına İdman Sarayında keçirilən ilk Avropa Oyunlarının sambo yarışlarında 74 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Amil Qasımov gümüş medal qazanıb. SİA-nın məlumatına görə, o, finalda Belarus təmsilçisi Stepan Popovla qarşılaşıb və məğlub olub. A. Qasımov ilk Avropa Oyunlarının gümüş medalına layiq görülüb.
Qeyd edək ki, idmançımız finaladək sloveniyalı Tadey Cutuk, gürcüstanlı Kaxa Mamulaşvili və bolqarıstanlı Martin İvanovu məğlub edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB