Heydər Əliyev adına İdman Sarayında keçirilən "Bakı-2015" ilk Avropa Oyunlarının qadınlar arasında sambo yarışlarında 52 kq çəki dərəcəsində Azərbaycan idmançısı Nəzakət Xəlilova gümüş medal qazanıb. SİA-nın məlumatına görə, o, finalda rusiyalı Anna Xaritonova ilə qarşılaşıb. İdmançımız məğlub olaraq, gümüş medalla kifayətlənib.
Bürünc medallara isə litvalı Ruta Aksionova və bolqarıstanlı Maqdalena Varbanova sahib olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB