David Lappertyen: "Azərbaycanda Avropa və dünya çempionatlarının keçirilməsi mümkündür"
"Bakı-2015" Avropanın elit idmançılarını bir araya gətirib. Gələn il Avropada velosiped idmanı üzrə ilk dəfə Elit kateqoriya üzrə qitə çempionatı keçiriləcək. Fikrimcə, ilk Avropa Oyunlarında topladığımız təcrübə bu çempionatın yüksək səviyyədə təşkilinə imkan yaradacaq". SİA-nın məlumatına görə, bu sözləri Avropa Velosipedçilər Birliyinin prezidenti David Lappertyen deyib.
O, ilk Avropa Oyunlarına ən yaxşı idmançıların gəldiyini, hətta onların içərisində Olimpiya çempionunun da olduğunu diqqətə çatdırıb. David Lappertyen gələcəkdə Azərbaycanda Elit idmançılar arasında Avropa və dünya çempionatlarının mümkünlüyünü vurğulayaraq deyib: "Niyə də olmasın? Hazırda Azərbaycanda velosiped idmanı üzrə beynəlxalq standartlara uyğun infrastruktur yaradılıb. Sizin güclü velosiped komandanız var. Ölkənizdə yüksək səviyyədə "Tour d'Azerbaidjan" yarışları keçirilir. Bütün bunlar Elit kateqoriyalı idmançılar arasında Avropa və dünya çempionatlarının Azərbaycanda keçirilməsinə imkan verir". //AZƏRTAC
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB