“Qarabağ”ın Çempionlar Liqasında rəqibi müəyyənləşdi

“Qarabağ”ın Çempionlar Liqasında rəqibi müəyyənləşdi

Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının 2015/2016 mövsümünün 1-ci və 2-ci təsnifat mərhələsinin püşkatması keçirilib. SİA-nın məlumatına görə, ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən "Qarabağ"ın da rəqibi müəyyənləşib.

Son ölkə çempionu və kubokun qalibi olan "Qarabağ" Çempionlar Liqasında mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda bu mərhələdə Monteneqronun "Rudar" klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu mərhələnin ilk oyunları 14-15 iyul, cavab görüşləri isə 21-22 iyul tarixlərində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə