Petra Mihalyi: "İlk Avropa Oyunları Soçi Olimpiadasından qat-qat yaxşıdır" AÇIQLAMA
"Azərbaycanda bir çox insanlarla tanış olmuşam. İlk Avropa Oyunlarının könüllüləri və mətbuat əməliyyatları şöbəsi ilə də yaxından əməkdaşlıq edirəm. Azərbaycanda insanlar çox gülərüz və qonaqpərvərdirlər". Bu sözləri SİA-ya açıqlamasında macarıstanlı jurnalist Petra Mihalyi deyib.
O, Azərbaycanda I Avropa Oyunlarının çox yüksək şəkildə təşkil olunduğunu qeyd edib: "Mən Soçi Oyunlarında da iştirak etmişəm. İlk Avropa Oyunları Soçi Olimpiadasından qat-qat yaxşıdır. Çox istəyirəm ki, gələcəkdə Azərbaycana jurnalist kimi işləməyə yox, turist kimi gəlim və bura ilə daha yaxından tanış olum".
Jurnalist ölkəsinin I Avropa Oyunlarında çıxışını da dəyərləndirib: "İlk Avropa Oyunlarında Macarıstan hələ ki, 8 medal qazanıb. Düşünürəm ki, bu, Macarıstan üçün I Avropa Oyunlarında uğurlu çıxışdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB