Azərbaycanı "Bakı-2015" I Avropa Oyunlarında təmsil edən Azərbaycan badmintonçusu Kənan Rzayev ilk görüşdə məğlubiyyətlə üzləşib. "Report"un məlumatına görə, B qrupunda yer alan K.Rzayev israilli Mişa Zilbermana uduzub.
Görüş israilli idmançının 2:0 (21:5, 21:3) hesablı qələbəsi ilə yekunlaşıb. Qrupun digər qarşılaşmasında italiyalı Rosario Maddaloni maltalı Samuel Kalini məğlub edib - 2:0 (21:3, 21:10). Azərbaycan idmançısı iyunun 23-də S.Kali, bir gün sonra isə R.Maddaloni ilə qarşılaşacaq.
12:13
İyunun 22-də birinci Avropa Oyunlarının badminton yarışlarına start verilib. SİA-nın yarışlar qadınlar və kişilər arasında fərdi və cütlüklər üzrə keçirilir. Kişilər arasında fərdi mübarizənin "B" qrupunda çıxış edən Azərbaycan idmançısı Kənan Rzayev israilli Mişa Zilbezman ilə qarşılaşıb. Təmsilçimiz 0:2 hesabı ilə məğlub olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB