İtaliyalı jurnalist: “Azərbaycan haqqında yaxşı məqalə yazmağı düşünürəm" AÇIQLAMA
"Ölkəmə qayıdanda Azərbaycan haqqında yaxşı məqalə yazmağı düşünürəm. Çünki, Azərbaycan çox maraqlı və gələcəyini düşünən ölkədir". Bu sözləri SİA-ya açıqlamasında italiyalı jurnalist Rikardo Romani deyib.
O, ölkəmizdə olmaqdan məmnunluğunu bildirib: "Azərbaycanda olduğum üçün çox şadam. İlk Avropa Oyunlarını ölkənizdə möhtəşəm şəkildə təşkil olunub. Burada həm idmançılar, həm də media nümayəndələri üçün yüksək şərait yaradılıb".
İtaliyalı jurnalist I Avropa Oyunlarında öz ölkəsinin çıxışından razı qalmadığını bildirib: "İlk Avropa Oyunlarında öz ölkəmin çıxışından razı deyiləm. Çünki, ölkəmin idmançıları daha yaxşı çıxış edə bilərlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB