Gənc güləşçilərin Avropa çempionatı başlayır HEYƏTLƏR

Gənc güləşçilərin Avropa çempionatı başlayır HEYƏTLƏR

23-28 iyun 2015-ci il tarixdə Türkiyənin İstanbul şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı keçiriləcək. SİA-nın məlumatına görə, yığma komandalarımız çempionatda tam heyətlə iştirak edəcək.
Yarlışda ilk olaraq sərbəst güləşçilər mübarizə aparacaq. Yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında İstanbula Şəhriyar Salmanov (50 kq), Əfqan Xaşalov (55 kq), Vurğun Əliyev (60 kq), Teymur Məmmədov (66 kq), Murad Süleymanov (74 kq), Hacımurad Məhəmmədsəidov (84 kq), Turxan Qurbanov (96 kq) və Səid Həmidov (120 kq) yollanıb.

İyunun 25-26-da çempionatda gənc qızlar mübarizəyə qoşulacaq. Yarışda böyük məşqçi Yaqub Məmmədov və məşqçi Aslan Ağayevin rəhbərliyi altında 8 güləşçimiz iştirak edəcək. Ölkəmizi Türkan Nəsirova (44 kq), Ayan Məmmədova (48 kq), Leyla Qurbanova (51 kq), Almaz İsmayılova (55 kq), Alyona Kolesnik (59 kq), Raqnetta Qurbanzadə (63 kq), Elis Monolova (67 kq) və Səbirə Əliyeva (72 kq) təmsil edəcək.

Avropa çempionatının son iki günündə mübarizəyə yunan-Roma güləşçiləri qoşulacaq. Yığma komandanın böyük məşqçisi Şaban Donat və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında çempionata Nofəl Babayev (50 kq), Murad Məmmədov (55 kq), Kərim Cəfərov (60 kq), Ruhin Mikayılov (66 kq), Sənan Əlimirzəyev (74 kq), İslam Abbasov (84 kq), Orxan Nuriyev (96 kq) və Cavid Feyziyev (120 kq) yollanacaq.

Yarışda görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə