U-17 turnirə qələbə ilə başlayıb

U-17 turnirə qələbə ilə başlayıb

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın paytaxtı Astana şəhərində təşkil olunmuş "Prezident kuboku" turnirində keçirdiyi ilk oyunda qələbə qazanıb. SİA-nın məlumatına görə, Belarus komandası ilə qarşılaşan yığmamız 3:1 hesabı ilə qalib gəlib. Millimizin qollarını Pilağa Mehdiyev, Elçin Əsədov və Metin Güler vurub.

Futbolçularımız turnirdə növbəti oyununu sabah - iyunun 23-də, Bakı vaxtı ilə saat 12:00-da, Rusiya-2 yığmasına qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə