Angel Santana: “Azərbaycanın güclü 3x3-ə basketbol komandası var” AÇIQLAMA
"3x3 basketbolu yeni idman növüdür. Son iki ildir bu yarışlarda iştirak edirik". SİA-nın məlumatına görə, bu sözləri rumıniyalı basketbolçu Angel Santana bu gün Avropa Oyunları ilə bağlı keçirilən mətbuat konfransı zamanı deyib. O vurğulayıb ki, 3x3-ə basketbolu yeni idman növüdür və bu idman sürəti ilə klassik basketboldan seçilir: "Bütün karyeramda basketbol oynayaraq Rumıniyanı təmsil edirəm. Son Avropa Çempionatının qalibi olmuşuq. Müxtəlif illərdə dünya yarışlarında iştirak etmişik. 3x3 basketbolunun klassik basketboldan fərqi ondadır ki, 21 xala qədər oyun davam edir. Oyun həm sürətlidir, həm də hər bir oyunçu fiziki olaraq oynamaq imkanı əldə edir".
Rumıniyalı basketbolçu Azərbaycan komandası haqqında da fikirlərini bildirib. O qeyd edib ki, Avropa Çempionatında Azərbaycan basketbolçuları ilə qarşılaşma keçirilib və ölkənin güclü komandası var: "Azərbaycan komandası həqiqətən çox güclüdür. Avropa Çempionatından öncə bizə qalib gəlsələr də, Avropa Çempionatında biz qalib gəldik. Düşünürəm ki, Azərbaycanın çox güclü 3x3-ə basketbol komandası var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB