Baş direktor: “Biz Olimpiadanı təkrarlamaq istəmirik” AÇIQLAMA

Baş direktor: “Biz Olimpiadanı təkrarlamaq istəmirik” AÇIQLAMA

"Bu günlərdə artıq daha çox idmançı Bakını tərk edəcək". SİA-nın məlumatına görə, bunu Bakı-2015 Avropa Oyunlarının Əməliyyatlar Komitəsinin baş direktoru Saymon Kleq bu gün keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib. O qeyd edib ki, artıq Avropa Oyunlarını başa vuran 1288 idmançı Bakını tərk etməyə hazırlaşır. Sambo yarışlarına start verildiyini deyən Saymon Kleq vurğulayıb ki, bu gün keçiriləcək yarışlarda 40 minə yaxın tamaşaçının iştirakı gözlənilir: "1288 idmançı yarışları tərk etməyə hazırlaşır. 1100 idmançı medal əldə edib. Azərbaycan ümumilikdə yarışlarda əldə edilən medalların sayına görə 2-cidir. Atletika yarışları başa çatacaq. Kristal Zal 3-də yarışlar davam etdiriləcək. Bu gün Sambo yarışlarına start verilib. Biz Olimpiadanı təkrarlamaq istəmirik. Yeniliklər etmək qərarı vermişik. Bu gün yarışlara ümumilikdə 40 minə yaxın tamaşaçının qatılacağını planlaşdırırıq".

Saymon Kleq onu da vurğuladı ki, Avropa Oyunlarında yeni idman növü olan 3x3 basktebolu tamaşaçılar tərəfindən maraqla qarşılanır. Bu idmanın inkişafı Avropa Gimnastika Federasiyasının qərarından asılıdır: "3x3 basketbol oyunu yeni idman növüdür. Avropa Gimnastika Federasiyası tərəfindən bu idman növünün inkişaf etdirilməsi təklif edilib. Bu konsepsiyanın yaradıcıları onlardır. Oyunların gələcək fəaliyyəti Federasiyanın qərarı ilə bağlı olacaq. Bu, çox yaxşı bir yenilikdir. Tamaşaçılar tərəfindən də müsbət qarşılanır".

Bütün xəbərlər Facebook səhifəmizdə