Saymon Kleq: “Yarışların 10-cu günündə rekord səviyyədə bilet satılıb” AÇIQLAMA

Saymon Kleq: “Yarışların 10-cu günündə rekord səviyyədə bilet satılıb” AÇIQLAMA

"Bu gün artıq Avropa Oyunlarının 11-ci gününün yarışları keçiriləcək. Yarışların 10-cu günündə Olimpiya Stadionunda keçirilən yarışlara 22 mindən çox iştirakçı qatılıb". SİA-nın məlumatına görə, bu sözləri Bakı-2015 Avropa Oyunlarının Əməliyyatlar Komitəsinin baş direktoru Saymon Kleq Avropa Oyunları ilə bağlı keçirilən mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, dünən Avropa Oyunları ilə bağlı satılan biletlər keçmiş günlərlə müqayisədə rekord səviyyədə olub. Ən çox izləyicilərin qatıldığı yarış məkanları isə Su İdman Arenası və Heydər Əliyev adına İdman – Konsert Kompleksi olub: "Dünən şosse velosipedi üzrə yarışlar keçirilib. Nəqliyyatda müəyyən problemlər olsa da, dünyaya İçərişəhərin gözəllikləri tanıdılıb. Su idmanı yarışlarına da yekun vurulub. Ümumilikdə yarışların 10-cu günündə 48 min 800 tamaşaçı bilet alıb. Bu bütün günlər üzrə rekord göstəricidir. Oyunlar 10 müxtəlif idman növündə keçirilib. İştirakçıların çoxu Su İdman Arenası və Heydər Əliyev adına İdman-Konsert Kompleksində olub. Bəzi idman növlərində əlavə biletlər satışa çıxarılıb. Bəzi məkanlarda əlavə imkanlar yaradılıb".

Saymon Kleq onu da qeyd edib ki, biletlərin satışı ilə bağlı qara bazarın qarşısını almaq üçün əməliyyatlar davam edir. Ölkədə öncədən yarışlara biletlərin satışı ənənəsini davam etdirmək üçün işlər görülür: "Qara bazarın qarşısını almaq üçün monitorinq keçiririk. İkinci əldən satışa qarşı əməliyyatımız davam edir. Avropa Oyunlarından öncə yarışlara biletlər almaq tarixçəsi olmayıb. Çalışırıq ki, qoyulan ənənənin davam etdirilməsi üçün mümkün işləri həyata keçirək. Yarışlar uşaqlar və əlillər üçün pulsuzdur. Açılış mərasiminin 50 faiz biletləri 20 manatdan aşağı olub. Yayımda da yüksək nailiyyətlər əldə olunub".

Bütün xəbərlər Facebook səhifəmizdə