Atıcılıq üzrə yarışların son günü

Atıcılıq üzrə yarışların son günü

İyunun 22-də Bakı Atıcılıq Mərkəzində birinci Avropa Oyunlarının atıcılıq yarışlarının sonuncu gününün mübarizəsi başlayıb. SİA-nın xəbərinə görə, bu gün qarışıq komanda halında 10 metrdən hava tüfəngi ilə atəşaçma, 10 metrdən hava tapançası ilə atəşaçma və dairəvi stend yarışları keçiriləcək.

Qarışıq komanda halında 10 metrdən hava tapançası ilə atəş və dairəvi stend yarışlarında Azərbaycan idmançıları da iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə