Andrey Belofastov: “Şəhər haqqında çox şey öyrəndik”

Andrey Belofastov: “Şəhər haqqında çox şey öyrəndik”

"Bakı-2015" birinci Avropa Oyunlarında su polosu üzrə qadınlardan ibarət Rusiya ilə İspaniya milli yığma komandasının oyunu çox çətin oldu". Bunu SİA-ya Rusiya yığmasının baş məşqçisi Andrey Belofastov deyib.

Baş məşqçinin sözlərinə görə, oyun uğurlu oldu: "Amma çox çətin oyun keçdi. Yəqin ki, biz qələbəyə daha layiq idik. Doğurdan da biz Avropa oyunları zamanı yaxşı oyun göstərdik. Bütün komanda qələbə qazanmaq üçün çalışırdı. Düşünürəm ki, biz belə də davam edəcəyik. Biz birinci Avropa Oyunlarının çempionuyuq. Bu, komandanın həyatında vacib hadisədir. Tarixə düşdü. Oyunların təşkilatçılığı bizi çox qane etdi. Şəhər haqqında çox şey öyrəndik. İllər öncə də Bakıda olmuşdum".

Bütün xəbərlər Facebook səhifəmizdə