"Müqaviləm eyni şərtlərdə qalsın, amma müddət 4 illik olsun"
"Qalatasaray"ın Hollandiyalı ulduzu Uesli Sneyder yeni müqavilə üçün şərtlərini rəhbərliyə təqdim edib. "Qalatasaray"la müqaviləsini uzatmaq üçün 1 ildir gözləyən Sneyder ödənişdə qiymət artımı istəməyib: "Müqaviləm eyni şərtlərdə qalsın, amma müddət 4 illik olsun."
Sneyder meneceri Quido Albers vasitəsi ilə rəhbərliyə istədiyi müqavilə şərtlərini təqdim edib. Futbolçu 2013-cü ildən 3.2 milyon avro zəmanət ödənişi, mövsüm başına 1.3 milyon avro imza pulu və müqaviləyə əsasən hər matça görə 500 min avro alırdı. İndi isə eyni şərtlərin 4 il də davam etməsini istəyir.
Tərəflərin bu müqaviləni qarşıdakı həftələrdə imzalaması gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB