Azərbaycana Avropanın ən güclü idmançıları gəlib. Finalda rusiyalı Aleksey Klimovun və həmvətənim Oliver Qaysın ciddi müqaviməti ilə qarşılaşsam da, qələbə əldə etdım. "Bakı-2015" ilk Avropa Oyunları kimi tarixə düşəcək idman yarışlarında uğur qazandığıma görə çox sevinirəm. Bu sözləri AZƏRTAC-a eksklüziv müsahibəsində kişilər arasında 25 metrlik məsafədən kiçikçaplı tapançadan sürətli atəşaçma üzrə birinci Avropa Oyunlarının qızıl medalını qazanmış Almaniya idmançısı Kristian Rayts söyləyib.
Azərbaycanın güclü idman infrastrukturu olduğunu, Atletlər Kəndində idmançılar üçün ideal şərait yaradıldığını bildirən Kristian Rayts deyib:"Azərbaycan mətbəxinə laqeyd qalmaq mümkün deyil, çox gözəl yeməkləriniz var. Bundan başqa, hər an kömək göstərməyə hazır olan könüllülərin işi xoşuma gəldi. Ölkəniz haqqında məndə çox gözəl təəssüratlar yarandı. Burada xeyli yeni dostlar qazandım".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB