Azərbaycan idmançısı batut gimnastikası yarışlarında bürünc medal qazandı

Azərbaycan idmançısı batut gimnastikası yarışlarında bürünc medal qazandı

Milli Gimnastika Arenasında keçirilən "Bakı-2015" ilk Avropa Oyunlarının batut gimnastikası üzrə yarışları yekunlaşıb. SİA-nın məlumatına görə, qadınlar arasında fərdi yarışlarda Rusiya idmançısı Yana Pavlova 54.335 xal toplamaqla qızıl medal qazanıb. Britaniyalı Katrin Driskoll 53.910 xalla gümüş, belarus gimnastı Hanna Harçonak isə 53.565 xalla bürünc medala sahib olub.

Kişilər arasında fərdi yarışlarda Rusiya təmsilçDmitri Uşakov 60.090 xalla qızıl medala yiyələnib. Belarus idmançısı Vladislau Hançarou 59.380 xalla gümüş, Azərbaycan idmançısı İlya Qrişunin isə 58.765 xalla bürünc medal qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə