Suya tullanma: medal sahibləri bu gün müəyyənləşəcək

Suya tullanma: medal sahibləri bu gün müəyyənləşəcək

İyunun 21-də birinci Avropa Oyunları çərçivəsində su idmanı üzrə üç metrlik tramplindən və platformadan tullanma yarışları keçirilir. Bakı Su İdmanı Sarayında qadınların üç metr hündürlüyündə tramplindən tullanma yarışlarında təmsilçimiz Olqa Bikovskaya 24-cü nömrə altında çıxış edəcək.

Yarışın ilkin mərhələsində 28 idmançı mübarizə aparır.

Hər iki növ üzrə yarışların final mərhələsi bu gün keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə