İyunun 21-də Bakı Atıcılıq Mərkəzində "Bakı-2015" birinci Avropa Oyunlarının atıcılıq yarışlarının altıncı gününün yarışları başlayıb. Bu gün kişilər arasında 50 metrdən üç vəziyyətdə tüfəng ilə atəşaçma, 25 metrdən tapança ilə sürətli atəşaçma və dairəvi stend yarışının ikinci təsnifat mərhələsi keçiriləcək.
Kişilər arasında 25 metrdən tapança ilə sürətli atəşaçma yarışında ölkəmizi Ruslan Lunev, dairəvi stend yarışında isə Paşa Ahadpur Xangah və Emin Cəfərov təmsil edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB