Bu günün ilk medalı

Avropa Oyunlarında gimnastika yarışları bu gün davam edir. Azərbaycan idmançıları yarışlarda qüvvəsini sınayır. Bədii gimnastikada Marina Duruna həlqələrlə yarışlarda bacarığını göstərəcək.

Batut gimnastikasında kişilər arasında İlya Qrişunun, qadınlar arasında isə Sviatlana Maxistarova finala çıxacaq. Akrobatika gimnastikasında Azərbaycan millisi balans hərəkətlərdə bacarığını göstərəcək. Cütlüklərin yarışında isə Uliana Diakova və Anatoli Leonov medalçı olmağa çalışacaqlar.

Qeyd edək ki, kişilər arasında batut gimnastikası üzrə yarışların final mərhələsində idmançımız İlya Qrişunin 3-cü yerin sahibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə