İyunun 21-də "Bakı-2015" birinci Avropa Oyunlarının çimərlik voleybolu yarışlarında yarımfinal qarşılaşmalarına start verilib. Avropa Oyunları Parkında təşkil olunan yarışın yarımfinalında çexiyalı Premışl Kubala-Yan Hadrava dueti ilə latviyalı Martins Plavins və Haralds Reqza ilə üz-üzə gələcək. Digər yarımfinal görüşü isə Rusiya və İsveçrə təmsilçiləri arasında oynanılacaq. Rusiyanı Dmitri Barsuk və Yaroslav Koşkarev, İsveçrəni isə Aleksey Strasser və Qabriel Kislinq təmsil edəcəklər.
Xatırladaq ki, kişilərin yarışında Azərbaycanı təmsil edən idmançılar Neilton Santos və Yaroslav Rudıx onaltıdabir final mərhələsində Latviya voleybolçuları Martins Plavins–Haralds Reqzaya məğlub olaraq mübarizəni dayandırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB