Voleybol yarışlarında dördüncü turun oyunları başa çatıb

Voleybol yarışlarında dördüncü turun oyunları başa çatıb

İyunun 20-də "Bakı-2015" birinci Avropa Oyunlarında kişi voleybolçuların yarışında dördüncü turun oyunları keçirilib. "Baku Crystal Hall"da keçirilən günün ilk qarşılaşmasında "A" qrupunda mübarizə aparan Fransa və Türkiyə voleybolçuları qarşılaşıblar. Fransızlar görüşdə 3:0 (25:23, 25:19 və 25:16) hesabı ilə qalib gəliblər. Qrupun digər oyununda isə Serbiya yığması çətinlik çəkmədən Finlandiya millisi üzərində qələbə qazanıb – 3:0 (25:16, 28:26, 25:20). "A" qrupunda mübarizə aparan Azərbaycan voleybolçuları Polşa millisi ilə görüşdə məğlub olub – 0:3 (14:25, 13:25 və 17:25).

Kişilərin mübarizəsinin "B" qrupunda isə Slovakiya komandası Belçika üzərində 3:1 (25:22, 19:25, 25:21 və 25:19) hesablı qələbəyə sevinib. Qrupun digər oyununda isə Rusiya millisi Bolqarıstana məğlub olub – 1:3 (22:25, 25:18, 23:25 və 17:25). Günün sonuncu qarşılaşmasında isə Almaniya voleybolçuları italiyalı rəqiblərini 3:0 (25:18, 25:22 və 27:25) hesabı ilə məğlub ediblər.

Birinci Avropa Oyunlarının voleybol yarışlarında kişilər arasında mübarizənin qrup mərhələsinə iyunun 22-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə