Gimnastımız gümüş medal qazandı FOTOLAR

Gimnastımız gümüş medal qazandı FOTOLAR
Bu gün Birinci Avropa Oyunları çərçivəsində idman gimnastikası üzrə final yarışları davam edib. SİA-nın məlumatına görə, idman gimnastikasında kişilər arasında gimnastika atı üzərində hərəkətlərin final yarışması başa çatıb.

Birinci yeri Sloveniya idmançısı Saso Bertonseli qazanıb. İkinci yeri isə Azərbaycan təmsilçisi Oleq Stepko qazanaraq ölkəmizə daha bir gümüş medal gətirib. O, 14,600 bal toplayıb. Üçüncü yürdə isə Böyük Britaniya idmançısı Bevan Brinn qərarlaşıb. Mükafatı idmançımıza Azərbaycanın birinci xanımı Mehriban Əliyeva təqdim edib.

Qeyd edək ki, yarışı izləyənlər arasında Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Gənclər və İdman naziri Azad Rəhimov və digər rəsmi şəxslər izləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə