Van Den Berq "Bakı-2015"də qüsursuz atışın müəllifidir

Van Den Berq "Bakı-2015"də qüsursuz atışın müəllifidir

Hollandiyalı oxatan Sjef Van Den Berq, bugün Tofiq Bəhramov adına Respublika Stadionda kamandan oxatma üzrə kişilər arasında keçirilmiş fərdi yarışlara qüsursuz başlanğıcla start verib. SİA-nın məlumatına görə, o, haqqı olan doqquz atışdan səkkizində hədəfi 10-dan vuraraq rəqibi latviyalı Eduards Lapsinsi 6:0 hesabı ilə məğlub edib.

Lakin holland idmançı, finalda ona əlavə 8 bal qazandıra biləcək oxunu 90 metr məsafəyə ata biməyib. Bu uğursuzluğa baxmayaraq, Berqin mükəmməl bir nəticəyə nail olmaq ambisiyası davam edir və bu sahədəki idmançılara sanki meydan oxuyur: "Bütün atışlarımda mükəmməl nəticə əldə edə bilmək üçün özüm özümə çox təzyiq göstərirəm. Mütləq yenidən cəhd edəcəyəm. Çünki hədəfi 10-dan vurmaq doğrudan da böyük zövq verir".

Van Den Berqin həmyerlisi və eyni zamanda yarışlarda ikinci güclü atıcı olan Rik Van Den Ven, San Marinonu təmsil edən idmançı Emanuel Guidini 6:0 hesabı ilə məğlub edərək, ilk seçim yarışını müvəffəqiyyətlə başa vurub.

Birinci Avropa Oyunlarında bugün baş tutmuş kişilər arasında kamandan oxatma yarışlarında belarus Anton Prilepov dünyada kamandan oxatma növü üzrə idmançıların siyahısında 915-ci yerdə olan islandiyalı Sicurqon Siqurdsonla qarşılaşmanın ilk setində vaxtının bitmə təhlükəsi ilə üz-üzə gəlib.

O, ilk setdə qalib gəlsə də, yarışı 7:3 hesabı ilə uduzub. Bununla da, rəqibi Prilepov üçün bazar ertəsi keçiriləcək 1/16 seçim mərhələsində iştirak etməyə şans yaradıb.

Kişilər arasında keçirilmiş səhərki sessiyada bir neçə məğlubiyyətlər də olub. Belə ki, 43 nömrəli forma ilə mübarizə aparmış Kieran Slater ilə Rusiyanı təmsil edən Aleksandr Kojinin yarışı 6:2 hesabı ilə, polşalı Marek Szafran və daha yüksək statuslu belarus Aliaksandr Liahuşeunun rəqabəti isə 6:4 hesabı ilə başa çatıb.

Azərbaycan təmsilçisi Aleksey Kopnin 50-ci sırada olan mövqeyini qoruya bilməyib. O, 15-ci sıradakı idmançılardan biri olan rusiyalı Bair Tsaybekdorjiyevə 6:2 hesabı ilə məğlub olub.

Bütün xəbərlər Facebook səhifəmizdə