"Bakı-2015" ilk Avropa Oyunlarında bu gün baş tutmuş suya tullanma yarışlarında rusiyalı idmançılar İliya Molçanov və Nikita Nikolayev 3 metrlik sinxron tramplinlərdə qızıl medal qazanıblar. SİA-nın məlumatına görə, onların məşqçisi Marina Nikolayeva yetirmələrindən razı qaldığını bildirib: "Suya tullanma idman növü üzrə sözügedən rus idmançılar nümunəvi duetdir. Onlar birilikdə uzun müddət məşqlər ediblər. Lakin, Molçanovun 18, Nikolayevin isə 15 yaşının olması o deməkdir ki, cütlüklər arasındakı mövcud yaş fərqindən dolayı onların yolları ayrılmalıdır. Bu, onlar üçün yaxşı sonluqdur. Nikita özünə yeni partnyor tapmalıdır. İlya isə yuxarı yaş qrupu komandasında məşqlərini davam etdirməlidir. Onlar yenidən birgə mübarizə aparmayacaqlar, çünki bunun heç bir mənası yoxdur. Bizim çox güclü komandamız var. Onlardan hər hansı birinin yerini dəyişdirmək narahatlıq doğurmur".
Gənc idmançı Molçanov əldə etdiyi nəticədən razı qalıb. O, deyib ki, bu gün 1 metrlik tramplin üzrə yarışda gümüş medal qazandığı üçün məyus olmuşdu: "Çünki yarış vaxtı hərəkəti dügün icra etməmişim. Lakin bu dəfə ikmiz də özümüzə inanaraq son tullanışı yerinə yetirdik və hərəkəti uğurla başa vurduq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB