Bu gün "Bakı-2015" I Avropa Oyunlarında atıcılığın 4 növündə yarışlar keçirilir. Qadınlar 25, kişilər 50 metr məsafədən tapança ilə atəş açmaqda qüvvələrini sınayır. Dairəvi stend atıcıları da bu gün mübarizəyə start verib. Azərbaycan snayperləri də qitənin ən yaxşıları arasına düşməyə çalışır.
Kişilərin 50 metrdən tapança ilə atəş açmaqda təsnifat yarışları başa çatıb. Bu mərhələdə ölkəmizi təmsil edən Rəsul Məmmədov 540 xal toplayıb. 31 idmançı arasında 24-cü olan atıcımız final mərhələsinə yüksələ bilməyərək, mübarizəni dayandırıb.
25 metr məsafədən tapança ilə atəş açan qadınların təsnifat mərhələsi başa çatıb. 2-ci – sürətli atəş hissəsində Azərbaycan snayperi İradə Aşumova da qüvvəsini sınayıb. 576 xal yığan idmançımız 15-ci yeri tutub. Sərrast hissəsə 286 xalla 17-ci olan İradə Aşumova yarımfinal mərhələsinə yüksələ bilməyib. Belə ki, yalnız ilk 8 yeri tutan snayperlər mərhələ adlayıb.
Eyni vaxtda başlayan kişilərin dairəvi stend yarışında isə iki təmsilçimiz hədəf önünə keçib. Yarımfinala vəsiqə uğrunda Emin Cəfərovla Paşa Əhədpur Xanxan mübarizə aparır.
Qadınların stend yarışı 09:35-də start götürüb. Bu yarışda Azərbaycan atıcısı Nurlana Cəfərova da qüvvəsini sınayır.
Qeyd edək ki, qadınlar dairəvi stend və 25 metrdən tapança ilə atəş açmaqda, kişilər isə 50 metrdən tapança ilə atəş açmaqda mükafatçıları da bugünkü finallarda müəyyənləşdirəcək.
11:09
Kişilər arasında 50 metr məsafədən tapança ilə atəşaçma yarışının təsnifat mərhələsi başlayıb. SİA-nın xəbərinə görə, bu mərhələdə 31 idmançı mübarizə aparır. Yarışda ölkəmizi Rəsul Məmmədov təmsil edir.
Kişilər arasında dairəvi stend yarışında Azərbaycan idmançılarından Paşa Ahadpur Xangah və Emin Cəfərov mübarizə aparır.
Artıq qadınlar arasında dairəvi stend yarışının təsnifat mərhələsi də start götürüb. Burada Azərbaycan idmançısı Nurlana Cəfərova medal uğrunda mübarizə aparır.
Qadınlar arasında 25 metr məsafədən tapança ilə atəşaçma yarışının sürətli atəş hissəsində ölkəmizi İradə Aşumova təmsil edir.
09:41
Bu gün "Bakı-2015" I Avropa Oyunları çərçivəsində atıcılıq üzrə yarışlar başlayıb. SİA-nın məlumatına görə, yarışlar çərçivəsində kişilər arasında 50 metrdən tapança ilə atəş, qadınlar arasında 25 metrdən tapança ilə atəş və qadınlar arasında dairəvi stend üzrə 3 dəst medal oynanılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB