Kişilər arasında 50 metr məsafədən tapança ilə atəşaçma yarışının təsnifat mərhələsi başlayıb. SİA-nın xəbərinə görə, bu mərhələdə 31 idmançı mübarizə aparır. Yarışda ölkəmizi Rəsul Məmmədov təmsil edir.
Kişilər arasında dairəvi stend yarışında Azərbaycan idmançılarından Paşa Ahadpur Xangah və Emin Cəfərov mübarizə aparır.
Artıq qadınlar arasında dairəvi stend yarışının təsnifat mərhələsi də start götürüb. Burada Azərbaycan idmançısı Nurlana Cəfərova medal uğrunda mübarizə aparır.
Qadınlar arasında 25 metr məsafədən tapança ilə atəşaçma yarışının sürətli atəş hissəsində ölkəmizi İradə Aşumova təmsil edir.
09:41
Bu gün "Bakı-2015" I Avropa Oyunları çərçivəsində atıcılıq üzrə yarışlar başlayıb. SİA-nın məlumatına görə, yarışlar çərçivəsində kişilər arasında 50 metrdən tapança ilə atəş, qadınlar arasında 25 metrdən tapança ilə atəş və qadınlar arasında dairəvi stend üzrə 3 dəst medal oynanılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB