Boksçumuz erməni ilə qarşılaşacaq

Boksçumuz erməni ilə qarşılaşacaq

Bu gün kişilər arasında boks üzrə yüngül çəkidə (60kq) yarışlar keçiriləcək. SİA-nın məlumatına görə, Bakı Kristal Zalda baş tutacaq görüşlərdə Azərbaycan təmsilçiləri də iştirak edəcək. Boksçumuz Albert Səlimov saat 15:15-də başlayacaq görüşdə Gürcüstandan olan erməni əsilli idmançı Otar Eronasyanla üz-üzə gələcək. 1/8 final mərhələsi çərçivəsində baş tutacaq qarşılaşmada idmançımız növbəti mərhələyə çıxmaq üçün mübarizə aparacaq.

Azərbaycan idmançılarından Elvin Məmişzadə isə 52 kq çəki dərəcəsində İrlandiyadan Mayls Caseylə görüşəcək. Bu görüş saat 14:15-də başlayacaq.

Hər iki boksçumuz qələbə qazanacağı təqdirdə 1/4 final mərhələsinə vəsiqə qazanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə