Azərbaycanlı oxatan Danimarka təmsilçisi ilə qarşılaşacaq

Azərbaycanlı oxatan Danimarka təmsilçisi ilə qarşılaşacaq

İyunun 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qadın oxatanların fərdi mübarizəsinə 1/32 mərhələdən start verilib. Qadın oxatanların yarışında Azərbaycan təmsilçiləri də mübarizə aparıblar. İlk olaraq mübarizəyə qoşulan Olqa Senyuk rumıniyalı Simona Bancilaya 6:5 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb.

Yaylagül Ramazanova (Azərbaycan) – Xatuna Narimanidze (Gürcüstan) qarşılaşmasının qalibi isə gürcüstanlı oxatan olub – 4:6.

Kamandan oxatma üzrə qadınlar arasında fərdi mübarizədə sonuncu təmsilçimiz Nurlanə Vəliyeva isə rusiyalı Kristina Timofeyeva ilə qarşılaşıb. Sərrast atışlardan sonra rusiyalı oxatan 6:0 hesabı ilə qalib gəlib.

İyunun 21-də qadınların fərdi yarışlarının 1/16 mərhələsində aşağıdakı cütlüklər mübarizə aparacaqlar:

Karina Vinter (Almaniya) – Ünsal Begünhan (Türkiyə)

Nicky Hunt (Böyük Britaniya) – Nataliya Yerdniyeva (Rusiya)

Kristina Timofeyeva (Rusiya) – Evangeliya Psarra (Yunanıstan)

Anastasiya Pavlova (Ukrayna) – Alexandra Lonqova (Slovakiya)

Yasemin Anagöz (Türkiyə) – Alena Tolkaç (Belarus)

Adriana Martin (İspaniya) – Xatuna Narimanidze (Gürcüstan)

Natalia Valeeva (İtaliya) – Yuliya Lobzhenidze (Gürcüstan)

Alisia Marin (İspaniya) – Laura Ruggieri (Fransa)

Yelena Richter (Almaniya) – Hanna Marusova (Belarus)

Miriam Alacon (İspaniya) – Quendalina Sartori (İtaliya)

İnna Stepanova (Rusiya) – Aybukə Aktuna (Türkiyə)

Yekaterina Timofeyeva (Belarus) – Lidiya Siçenikova (Ukrayna)

Berengere Sçuh (Fransa) – Esther Deden (Niderland)

Olqa Senyuk (Azərbaycan) – Maya Jaqer (Danimarka)

Veronika Marçenko (Ukrayna) – Elena Tonetta (İtaliya)

Lisa Unruh (Almaniya) – Adriana Zuranska (Polşa).

Bütün xəbərlər Facebook səhifəmizdə