"Rusiya boksçusu ilə döyüşüm çox çətin oldu. Dünyanın ən güclü boksçuçarının biri ilə qarşılaşdım". Bu sözləri SİA-ya açıqlamasında I Avropa Oyunlarının boks yarışlarında 1/8 finalda rus idmançı Bator Saqaluyevə məğlub olan ingiltərəli boksçu Horn Harvey deyib.
O, rəqibinin daha güclü olduğunu bildirib: "Mənim 19 yaşım var. Rəqibim isə həm yaşda məndən böyükdür, həm də daha təcrübəlidir. Ona görə də məğlub oldum".
İdmançı ölkəmiz haqqında da danışıb: "Ölkənizdə boks inkişaf edib. Çox güclü idmançılarınız var. Azərbaycan çox gözəldir. Bura mənim xoşuma gəlir. İlk Avropa Oyunları yüksək səviyyədə təşkil olunub. Azərbaycan yeməkləri çox ləzzətlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB