Şosse velosipedi idmanında qaliblər məlum olub

Şosse velosipedi idmanında qaliblər məlum olub

Bu gün Avropa Oyunları çərçivəsində qadınlar və kişilər qrasında şosse velosipedi idmanında yarışlar keçirilib. SİA-nın məlumatına görə, qadınlar arasında zamana qarşı keçirilən yarışın qalibi hollandiyalı Van Dijk Elleb olub. Belə ki, o, məsafəni 32 dəqiqə 26 saniyəyə başa vurub. İkinci yeri ukraynalı Ganna Solovei 33 dəqiqə 3 saniyə ilə, yenə hollandiya təmsilçisi van Vienten Anneniek isə 33 dəqiqə 33 saniyə ilə 3-cü yeri tutub. Qadınlar arasında yarışda ölkəmizi təmsil edən Olena Pavluxina isə 33 dəqiqə 57 saniyə ilə sırada 6-cı yerdə qərarlaşıb.

Kişilər arasında şosse velosipedi idmanında isə 1-ci yeri belaruslu Vasil Kiryienka, 2-ci yeri hollandiyalı Klement Stef, 3-cü yeri isə ispaniyalı Sançez Luis Leon tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə