Ruminiyalı boksçu: "Azərbaycanlıların qonaqpərvərliyi bizləri valeh etdi"

Ruminiyalı boksçu: "Azərbaycanlıların qonaqpərvərliyi bizləri valeh etdi"

I Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsinə görə təşəkkürümü bildirirəm". Bunu SİA-ya ruminiyalı boksçu Andreiana Nikolae deyib.

İdmançının sözlərinə görə, Oyunlar yüksək səviyyədə təşkil olunub: "İdmançılara yaradılan hər bir şərait bizləri çox sevindirir. İnsanlarının qonaqpərvərliyi bizləri valeh etdi. Açılış mərasiminə mən də qatıldım. İndiyədək açılış mərasiminin bu cür təmtəraqlı şəkildə baş tutmasının heç bir yerdə şahidi olmamışdım".

Bütün xəbərlər Facebook səhifəmizdə