"Bu gün burada bütün Avropanın güclü boksçuları iştirak edir. Onlar çox tanınmışdırlar. Yarış çox güclü keçdi". Bunu SİA-ya Azərbaycanın boks üzrə milli komandasının baş məşqçisi Nəriman Abdullayev Azərbaycan- Ruminiya boksçuları arasında keçirilən yarışa münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, əvvəlki görüşlərdə bir qədər çətinlik olub: "İlk döyüş olduğuna görə belə bir problemə rast gəldik. İndi get-gedə artıq döyüşçülərimiz özlərini göstərirlər. Bu gün ilk döyüşdə Tayfur Əliyev yunan boksçusu üzərində qələbə çaldı. O boksçu dünyada üçüncü yer qazanıb. Tayfur isə hələ cavan boksçudur. Bu gün axşam Azərbaycan tərəfindən Teymur Məmmədovun və Rəsul Məcidovun döyüşü olacaq. Teymurun döyüşü Polşa bokçusu ilə, Rəsul Məhəmmədovun döyüşü isə Gürcüstan boksçusu ilə olacaq. İnanıram ki, hər şey yaxşı olacaq. Komandamız oyunlara yaxşı hazırlaşıb. Bir neçə ölkə ilə biz təlim məşq toplanışı keçmişik. Həmin boksçular dünya boksunda liderlər sırasındadır. Hesab edirəm ki, bizim döyüşlər parlaq olmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB