Boksçumuz dörtdəbir finalda YENİLƏNİB

Boksçumuz dörtdəbir finalda YENİLƏNİB

Boksçumuz Tayfur Əliyev Avropa Oyunlarında qələbə qazanaraq növbəti mərhələyə vəsiqə əldə edib. SİA-nın xəbərinə görə, bu gün Avropa Oyunlarında kişi boksçuların yarışında Azərbaycan təmsilçilərindən rinqə ilk olaraq Tayfuq Əliyev çıxıb. Azərbaycanı yarımyüngül çəkidə (56 kq) təmsil edən Tayfurun 1/8 finaldakı rəqibi Rumıniya boksçusu Nikolae Andreiana olub.

Daha çox kəşfiyyat xarakteri daşıyan ilk raundu Tayfur öz hesabına başa vurub -10:9. İkinci raundda rəqibinə daha çox zərbələr endirən boksçumuz yenə də hesabda üstün tərəf olub -10:9.

Gərgin keçən sonuncu, üçüncü raundda üstünlüyünü əldən verməyən (10:9) boksçumuz yekunda qalib gələrək 1/4 finala vəsiqə əldə edib.

13:42

Boksçumuz Anaxanım Ağayeva Bakı 2015 birinci Avropa Oyunlarında ilk döyüşündə məğlub olub. Azərbaycan boksçulardan ilk olaraq rinqə ölkəmizi yüngülvari (48-51 kq) çəkidə təmsil edən Anaxanım Ağayeva çıxıb.

Anaxanımın 1/8 finaldakı rəqibi Polşa boksçusu Sandra Drabik olub. Müdafiədə buraxdığı səhvlər ucbatından ilk raund Anaxanımın rəqibinin hesabına yazıldı - 9:10. Boksçumuz ikinci raundda da təxminən eyni səhvləri buraxdığından polşalı rəqibi üstün oldu – 9:10. İlk iki raundun uğursuzluğunun əvəzini çıxamağa çalışan boksçumuz yenə də eyni aqibət və eyni nəticə ilə üzləşdi. Sonuncu, dördüncü raundda polşalı rəqibinin üzərinə atılan A.Ağayeva yenə də başından ardıcıl zərbələr alıb və yekunda 36:40 hesabı ilə məğlub olub.

10:24

"Bakı-2015" I Avropa Oyunlarında boks yarışları davam edir. Bu gün 6 çəkidə 1/8 mərhələsinin görüşləri keçiriləcək. Azərbaycan yığmasının 5 boksçusu bu gün rinqə çıxacaq.

Kişilər arasında 56 kq çəki dərəcəsində Azərbaycan yığmasının üzvü Tayfur Əliyevin rəqibi bundan öncəki mərhələdə ispaniyalı Dieqo Pereyra Ferreri məğlub edən (3:0) rumıniyalı Nikolae Andreiana olacaq.

81 kq çəki dərəcəsində Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov 1/8 finalda polşalı Yordan Kulinski ilə üz-üzə gələcək.

+91 kq çəki dərəcəsində ikiqat dünya çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhməmədrəsul Məcidov Gürcüstan təmsilçisi Mixail Baxtidzenlə döyüşəcək.

Qadınlar arasında 51 kq çəki dərəcəsində Anaxanım Ağayevanın rəqibi Sandra Drabikdir (Polşa).

75 kq çəki dərəcəsində Azərbaycanı bu çəkidə təmsil edən Leyla Cavadova 1/8 finalda rusiyalı Yaroslava Yakuşina ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə