Akrobatika yarışlarında qaliblər bəlli oldu

Akrobatika yarışlarında qaliblər bəlli oldu

Belçikanın qadınlardan ibarət triosu I Avropa Oyunları çərçivəsində akrobatika yarışlarında 86,480 xal toplayaraq qızıl medal qazanıb. SİA-nın xəbərinə görə, gümüş medal sahibləri 85,430 xal ilə Rusiya nümayəndələri, bürünc medal sahibləri isə 84,610 xal ilə Belarus idmançıları olub.

Azərbaycanlı idmançıları yarışları 82,310 xal ilə 5-ci yerdə başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə