Nicat Hacızadə: “Oyunların Azərbaycana həvalə edilməsi dövlətin gücünü sübut edir” AÇIQLAMA

Nicat Hacızadə: “Oyunların Azərbaycana həvalə edilməsi dövlətin gücünü sübut edir” AÇIQLAMA

"Bir çox dırnaqarası mənfi proqnozlara baxmayaraq, gördüyünüz kimi, Avropa Oyunları uğurla keçirilir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Nicat Hcızadə deyib.

Onun sözlərinə görə, Azərbaycanda keçirilən Avropa Oyunları onun gücünü nümayiş etdirdi. Oyunların açılış mərasiminə gələn nüfuzlu qonaqlar da Azərbaycanın və onun Prezidentinin siyasi gücünü göstərmiş oldu: "Təbii ki, bu Oyunların keçirilməsi əvvəllər də qeyd etdiyimiz kimi, hər hansı bir ölkə üçün yalnız iqtisadi və siyasi sabitlik cəhətdən səciyyələndirilməməlidir. Bu yarışın ölkəmizə həvalə edilməsi Azərbaycan dövlətinin iqtisadi və siyasi gücünü sübut edir. O cümlədən bu yarışın keçirilməsini möhtərəm Prezidentin müdrik siyasətinin nəticəsi kimi də qiymətləndirmək olar. Bildiyiniz kimi, Avropa və MDB ölkələrinin rəhbər nümayəndə heyətlərinin Bakıya gəlməsi ölkə prezidentinin nüfuzunun göstəricisi və nəticəsidir".

Ekspert həmçinin onu da vurğulayıb ki, 50-dən çox media qurumu Azərbaycanda keçirilən Avropa Oyunlarını izləyir. Azərbaycan yeganə ölkədir ki, neft sektoru güclü olmağına baxmayaraq, qeyri- neft sektoruna güclü yatırımlar edir. Bunun ən böyük təminatçısı isə ölkə Prezidentidir: "Oyunlar nəinki Avropada, bütün dünyada Azərbaycanı tanıtdı. 50-dən çox media qurumu Avropa Oyunlarını canlı olaraq yayımlayır. Bütün bunlar Azərbaycanın bir çox sahələrdə əlverişli olduğunu bir daha göstərir. Təbii ki, hər bir insan görür ki, bu qədər müasir infrastruktur, yüksək standartlara malik təşkilatçılıq, adi sıradan bir ölkənin edəcəyi bir iş deyil. Yalnız iqtisadi gücü möhkəm olan bir ölkə belə dünya səviyyəli tədbirə ev sahibliyi edə bilər. Ona görə proqnozlaşdırmaq mümkündür ki, bu il qeyri - neft sektorunun payı yüksək olacaq. Büdcəyə daxil olmalarda bu il xarici investisiyaların və turizmdən daxil olmaların miqdarı artacaq. Bir faktı da vurğulamaq istəyirəm ki, dünyada Azərbaycan yeganə ölkələrdəndir ki, neft ölkəsi olsa da, qeyri - neft sektoruna aid tədbirlərlə məşğuldur".

Bütün xəbərlər Facebook səhifəmizdə