Belçikalı məşqçi: “Azərbaycan dövlətini təbrik edirəm, hər şey möhtəşəmdir”

Belçikalı məşqçi: “Azərbaycan dövlətini təbrik edirəm, hər şey möhtəşəmdir”

"Türkiyənin qadın voleybolçularından ibarət milli komandası ilə oyunumuz çox çətin keçdi. Türk yığması çox güclüdür. Onların çox təcrübəli oyunçuları var". Bunu SİA-ya belçikalı məşqçi Van de Broek Gert deyib.

Məşqçinin sözlərinə görə, Belçika yığması gənclər və yeniyetmə oyunçulardan ibarətdir: "Amma bizim üçün bu bir təcrübə idi".

Bakı haqqında da təəssüratlarını bildirən Van de Broek Gert şəhərə heyran qaldığını dilə gətirdi: "Bu gün mən Bakının görməli yerləri ilə tanış oldum. İşərişəhər və Qız qalası möhtəşəmdir. Doğrudan da Bakı çox gözəl şəhərdir. Bakıda keçmişlə müasirliyin vəhdəti hiss olunur. Azərbaycan xalqı çox mehriban, diqqətcil və yardımsevərdirlər. Hətta yolda, nəqliyyatda olarkən biz bunun şahidi olurduq. Oyunlar çox yüksək səviyyədə təşkil olunub. İdmançılar üçün hər cür şərait yaradılıb. Bu cür təşkilatçılığa görə Azərbaycan dövlətini, xalqını təbrik edirəm. Doğrudan da hər şey möhtəşəmdir".

Bütün xəbərlər Facebook səhifəmizdə