Artıq qadınlar arasında 50 metrdən 3 vəziyyətdə tüfəng ilə atəş, kişilər arasında qoşa səngər stendi yarışlarının təsnifat mərhələsi keçirilir.
Bundan başqa, qadınlar arasında 25 metrdən tapança ilə atəş yarışının təsnifat mərhələsinin sərrast atəş hissəsi də start götürüb.
Qadınlar arasında 25 metrdən tapança ilə atəş yarışında ölkəmizi İradə Aşumova təmsil edir.
Azərbaycanın təcrübəli atıcısı İradə Aşumova Barselona (1998) və Lahti (2002) dünya çempionatlarının gümüş, 2004-cü il Afina Olimpiya Oyunlarının bürünc mükafatçısıdır.
Qadınlar arasında 50 metrdən üç vəziyyətdə tüfəng ilə atəş və kişilər arasında qoşa səngər stendi yarışlarında Azərbaycan təmsilçisi yoxdur.
10:03
İyunun 19-da Bakı Atıcılıq Mərkəzində "Bakı-2015" birinci Avropa Oyunlarının atıcılıq yarışlarının start götürən dördüncü günündə maraqlı qarşılaşmalar gözlənilir.SİA-nın xəbərinə görə, bu gün qadınlar arasında 50 metrdən 3 vəziyyətdə tüfəng ilə atəşaçma, qadınlar arasında 25 metrdən tapança ilə atəşaçma, kişilər arasında qoşa səngər stendi yarışları keçiriləcək.
Qadınlar arasında 25 metrdən tapança ilə atəş yarışında ölkəmizi İradə Aşumova təmsil edir.
Azərbaycanın təcrübəli atıcısı İradə Aşumova beynəlxalq yarışlarda tanınan simadır. Avropa Oyunlarının ən yaşlı iştirakçısı olan 57 yaşlı Aşumova Barselona (1998) və Lahti (2002) dünya çempionatlarının gümüş mükafatçısı, 2004-cü il Afina Olimpiya Oyunlarının isə bürünc mükafatçısıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB