Çempionlar Liqasının finalı Bakı Olimpiya Stadionunda?

Çempionlar Liqasının finalı Bakı Olimpiya Stadionunda?

Çempionlar Liqasının final oyunu Bakıda keçirilə bilər. Tanınmış Goal.com portalı Avropa Oyunları ilə bağlı material hazırlayarkən Azərbaycanın qitənin ən nüfuzlu klub turnirinin həlledici qarşılaşmasını qəbul etmək şanslarını dəyərləndirib.

"Goal" hazırda Bakıda keçirilən Avropa Oyunlarının yüksək səviyyədə təşkilini, açılış mərasiminin möhtəşəm olduğunu qeyd edərək, böyük futbol matçının Bakı Olimpiya Stadionunda keçirilməsini münasib variant sayır.

AFFA-nın baş katibi Elxan Məmmədov da məsələyə münasibət bildirib: "İndi Azərbaycanda 60 min tamaşaçı tutumuna malik stadion var. Bu arena bütün regionda ən böyük idman qurğusudu. Yaxın illərdə Çempionlar Liqası və ya Avropa Liqasının final qarşılaşması da bu arenada keçirilə bilər. Düşünürəm ki, bu, böyük hadisə olar".

AVRO-2020-nin final mərhələsinin 4 oyunu da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə