Sərbəst güləşçilərimiz "Bakı-2015"də daha 3 medal qazandılar

Sərbəst güləşçilərimiz "Bakı-2015"də daha 3 medal qazandılar

Heydər Əliyev adına İdman Sarayında keçirilən sərbəst güləş yarışlarında yığma komandamız daha 3 bürünc medal qazanıb. SİA-nın məlumatıma görə, 61 kq çəkidə mübarizə aparan Hacı Əliyev ilk görüşdə Ermənistan idmançısı Valodya Franqulyan üzərində qələbə qazanıb. Ardınca Slovakiya təmsilçisi Mikola Bolotnyuk da güləşçimizlə bacarmayıb. Yarımfinalda Rusiya güləşçisi Aleksandr Boqomoyevlə gərgin görüş keçirən Hacı finala adlaya bilməyib. Ancaq həlledici görüşdə Türkiyə təmsilçisi Munir Recep Aktaşı asanlıqla məğlub edən idmançımız ilk Avropa Oyunlarının bürünc medalına layiq görülüb.

70 kq çəkidə mübarizə aparan təmsilçimiz Ruslan Dibirhacıyev Polşa idmançısı Maqomedmurad Hacıyevə uduzaraq yarışa uğursuz başlasa da, rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşlərə qatılıb. Ardıcıl olaraq bolqar Miroslav Kirov və macar Zsombor Gulyası məğlub edən Ruslan bürünc medal uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə Gürcüstan təmsilçisi Davit Tlaşadze ilə qarşılaşan güləşçimiz yekunda üstün tərəf olub və I Avropa Oyunlarının bürünc medalını qazanıb.

Ən ağır çəkili sərbəst güləş pəhləvanlarının yarışında təmsilçimiz Cəmaləddin Məhəmmədov (125 kq) ilk görüşdə Litva idmançısı Jonas Rudaviciusu mübarizədən kənarlaşdırıb. Ardınca türkiyəli Taha Akgüllə qarşılaşmadan məğlub ayrılan güləşçimiz rəqibin finala yüksəlməsilə təsəlliverici görüşlərə qatılıb. Polşa idmançısı Robert Baranla görüşü asanlıqla üstün tamamlayan Cəmaləddin bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Həlledici qarşılaşmada Slovakiya idmançısı Soslan Qaqloevi də məğlub edən Cəmaləddin Məhəmmədov ilk Avropa Oyunlarının bürünc medalına sahib olub.

61 kq
1/8 final - Valodya Franqulyan (ARM) - Hacı Əliyev 0:7
1/4 final - Hacı Əliyev - Mikola Bolotnyuk (SVK) 10:0
1/2 final - Aleksandr Boqomoev (RUS) - Hacı Əliyev 5:2
Bürünc medal görüşü - Munir Recep Aktaş (TUR) - Hacı Əliyev 2:10

70 kq
1/8 final - Ruslan Dibirhacıyev - Maqomedmurad Hacıyev (POL) 2:7
Təsəlliverici görüş - Miroslav Kirov (BUL) - Ruslan Dibirhacıyev 1:4
Təsəlliverici görüş - Ruslan Dibirhacıyev - Zsombor Gulyas (HUN) 4:3
Bürünc medal görüşü - Ruslan Dibirhacıyev - Davit Tlaşadze (GEO) 6:2

86 kq
1/8 final - Nurməhəmməd Hacıyev - Georgi Sredkov (BUL) 14:2
1/4 final - Nurməhəmməd Hacıyev - Abdulraşid Sadullayev (RUS) 2:14
Təsəlliverici görüş - Tudor Vasile Zuz (İTA) - Nurməhəmməd Hacıyev 0:10
Bürünc medal görüşü - Nurməhəmməd Hacıyev - Radoslav Marcinkieviç (POL) 3:5

125 kq
1/16 final - Jonas Rudavicius (LTU) - Cəmaləddin Məhəmmədov 0:10
1/8 final - Taha Akgül (TUR) - Cəmaləddin Məhəmmədov 5:2
Təsəlliverici görüş - Cəmaləddin Məhəmmədov - Robert Baran (POL) 11:0
Bürünc medal görüşü - Cəmaləddin Məhəmmədov - Soslan Qaqloev (SVK) 7:2

Bütün xəbərlər Facebook səhifəmizdə