"Bakı-2015": Şosse velosipedinin zamana qarşı fərdi yarışları AÇIQLAMALAR
Bu gün "Bakı-2015" I Avropa Oyunlarında şosse velosipedi idmanı üzrə qadınlar arasında keçirilən yarışlarda hollandiyalılar triumf yaşayıblar. SİA-nın məlumatına görə, zamana qarşı fərdi yarışlarda Ellen Van Diyk qızıl, həmvətəni Annemiek Van Vleuten isə bürünc medal qazanıb.
Bilgəh Çimərliyində küləkli bir gündə keçirilən yarışda isə gümüş medalı qazanıb podiumda hollandların arasına girməyi bacaran idmançı Ukraynadan Qanna Solovey olub.
Qızıl medalçı Ellen Van Diyk deyib: "Küləyə görə çox çətin bir gün idi. Lakin çevik şəkildə ritmə düşə bildim və oyunun sürətini əlimdə saxlamağı bacardım. Mənim edə biləcəyim bu qədər idi. Qarşında sadəcə düz bir yol olanda diqqətini cəmləşdirmək çox çətin olur. Sadəcə dayanmadan pedala basmaq lazım gəlir".
Ellen yarışdan əvvəl favorit idmançı sayılırdı. O, yarışı 32 dəqiqə 26,87 saniyə hesabı ilə bitirib. Bu sürət yarışı altıncı yerdə başlayan və sadəcə 90 dəqiqəlik intervalla 15 dəqiqədə Rosella Rattoya (ITA) çatan komanda yoldaşı Van Vleuten (NED) tərəfindən dəstəklənib. O, erkən nəticəni əldə etmək üçün yarışaraq xətti 33:33,56 saniyədə keçib.
"Mən bilirdim ki, o daha cəld olacaq. O, bu gün özünü tam mənada göstərdi", deyə bürünc medalçı Annemiek Van Vleuten qalib haqqında fikirlərini açıqlayıb.
İkinci yerin sahibi Hanna Soloveyin də yarış zolağında problemləri olub. Onun fikrincə, hollandlar onun yaşadığı çətinliklərdən xeyir görüblər: "Bu yarış yolu masa kimi düzdür. Ona görə də mənə çox uyğun olmadı. Bunun daha çox Van Diykə xeyri oldu. O, daha böyük, güclü və möhtəşəm bir ulduzdur".
Solovey 33:3,37 saniyə nəticə ilə əslində qızıl medal mövqeyində idi. Lakin Van Diykin göstərdiyi nəticə bundan sadəcə 36 saniyə tez olub.
42 saniyə geri qalan Ann-Sofi Duyk (BEL) yarışı 34:05,21 saniyə nəticə ilə qalibdən 90 saniyə geridə bitirib. Belçikanın zamana qarşı yarış üzrə milli çempionu xətti keçdikdən sonra bir az kədərli görünüb. Amma o, şənbə günü qadınlar arasında keçiriləcək şosse velosipedi yarışlarında daha güclü olacağına ümid edir.
Azərbaycan təmsilçisi Yelena Pavluxina yarışı yeddi saniyə fərqlə Duykdan öncə, altıncı yerdə bitirərək inamlı mübarizə nümayiş etdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB